Aşıq Namiq Fərhadoğlu ona irad tutan jurnalisti təhqir etdi - FOTO (YENİLƏNİB)

09
avq
2019
18:00
"Həmin yazışma saatında mən çəkilişdə olmuşam. Aparıcısı və layihə rəhbəri olduğum "Xoş ovqat" verilişi saat 13.30-dan Lider TV-də efirdə olur. O yazışma mənə aid deyil. Mən məşğul olan zamanlarda "İnstagram" səhifəmi köməkçim idarə edir. Ümumiyyətlə, nə baş verdiyindən xəbərim yoxdur". Bu sözləri aşıq Namiq Fərhadoğlu BAKU.WS-ə açıqlamasında jurnalist Cavid Əhmədoğlunun ittihamlarına cavab verərkən deyib.Fərhadoğlu jurnalisti təhqir etmədiyini bildirdi: "Hər kimdirsə, yəqin mənim adımla gündəmə gəlmək istəyir. Jurnalistlər getsinlər mənim gördüyüm işlərdən yazmışam. Aşıqlar Birliyinin görəcəyi işləri görürəm. Yaddan çıxmış, unudulmuş aşıqları efirə çıxarıram. Aşıq sənətini ölməyə qoymuram. Siz bunlardan yazın!"15:01:05Tanınmış jurnalist Cavid Əhmədoğlu adı dəfələrlə qalmaqalda hallanan Aşıq Namiq Fərhadoğlunu məhkəməyə verir.Əhmədoğlunun BAKU.WS-ə verdiyi məlumata görə, bu addımı atmasına səbəb aşığın onun təhqir etməsidir:"Namiq Fərhadoğlu "İnstagram" səhifəsində aparıcısı olduğu "Xoş ovqat" proqramından kadrlar paylaşıb və "Xoş ovqat efirdə?" yazıb. Gördüyünüz kimi bu cümlədə sual işarəsinə ehtiyac yoxdur. Mən də videonun altında şərh yazaraq, sual işarəsinin yerinə nöqtə qoyulmalı olduğunu bildirdim.Gözləmədiyim halda iradımın altında çox ağır formada məni təhqir etdi. Bununla sakitləşməyib mesaj bölümündə təhqirə davam etdi. Mən onun səviyyəsinə düşüb təhqirlərə cavab vermədim. Məhkəməyə verirəm. Artıq tanıdığım vəkillərimdən biri ilə iddia ərizəsi hazırlayırıq. Belə insanlara öz hədlərini bildirmək lazımdır. Bunlar özlərini nə sayırlar?! Niyə belə qudurğanlıq edirlər?".C.Əhmədoğlu N.Fərhadoğlunun ona yazdığı söyüşlərin skrinşotunu bizə göndərsə də, oxucularımıza hörmət əlaməti olaraq paylaşmırıq.Xatırladaq ki, bir neçə il əvvəl jurnalist Tahirə Məmmədqızı təhqirə görə Namiq Fərhadoğlunu məhkəməyə vermişdi.
Aysel

Oxşar xəbərlər
Əməliyyatdan çıxan Namiq Qaraçuxurlu sevənlərini məyus etdi - FOTO
Ayağından əməliyyat olunan meyxanaçı Namiq Qaraçuxurlu əsa ilə gəzir. BAKU.WS xəbər verir ki, ifaçı Heydər Əliyev Beynəlxalq Aeroportunda çəkdirdiyi fotonu "İns...
