ATV-də dalaşan, Yasamal qəbiristanlığına "razborkaya" gedən aşıqlar barışdı - VİDEO

17
iyl
2018
12:35
ATV-nin "10-dan sonra” proqramında dalaşan Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli barışıb.BAKU.WS xəbər verir ki, aşıqlar bu barədə sosial şəbəkədə videoaçıqlama verib. Onlar öz aralarında danışıb, razılığa gəldiklərini bildiriblər və bir-birlərindən üzr istəyiblər. Xatırladaq ki, N. Fərhadoğlu canlı efirdə Fəzaili aşıq hesab etmədiyini demişdi və qarşı tərəf ona kəskin şəkildə etiraz etmişdi. Reklam fasiləsində daha da qızışaraq əlbəyaxa davaya çevrilən insidenti ATV ictimailəşdirmişdi. Aşıqlar mübahisəni verilişdən sonra Yasamal qəbiristanlığında davam etdirmişdilər. Namiq Fərhadoğlu reklam fasiləsində yaşananları məqsədli şəkildə çəkilərək ictimailəşdirdiyinə görə ATV-ni məhkəməyə verəcəyini bəyan edib. Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı məşhur bu görüntülərə görə ATV-ni məhkəməyə verir - VİDEO
Aşıq Namiq Fərhadoğlu həmkarı Fəzail Miskinlini və ATV kanalını məhkəməyə verməyə hazırlaşır. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, o, reklam fasiləsində...
