ATV-nin "10-dan sonra” proqramında qalmaqal yaşanıb.

BAKU.WS
xəbər verir ki, Aşıq Namiq Fərhadoğlu ilə Aşıq Fəzail Miskinli arasında mübahisə əlbəyaxa dava ilə nəticələnib.

N. Fərhadoğlu canlı efirdə Fəzaili aşıq hesab etmədiyini dilə gətirib. Qarşı tərəf ona kəskin şəkildə etiraz edib. Tərəflər arasında mübahisə reklam arası daha da qızışıb. Bir-birinin ünvanına təhqiredici ifadələr işlətməklə ürəkləri soyumayan aşıqlar əlbəyaxa davaya cəhd ediblər.

ATV-nin işçiləri və digər qonaqlar çətinliklə də olsa, onları ayıra biliblər.

Zülfiyyə Qurbanova
BAKU.WS