Esra Erolun təqdimatında ATV kanalında yayımlanan "Evlen benimle" verilişində dava düşüb.

BAKU.WS məlumat verir ki, bəy namizədlər arasında mübahisə yaranıb. Esra Erol onları sakitləşdirməyə çalışsa da alınmayıb. Bəy namizədlərin mübahisəsinə son qoymaq üçün mikrofonları söndürülüb. Lakin bunun da xeyri olmayıb. Mübahisə getdikcə qızışıb.
 
Bəy namizədlər arasında yaranan mübahisə əlbəyaxa döyüşlə nəticələnib. Onlar canlı yayımda bir-birinə şillə, təpik vuraraq dava ediblər.
 
 
BAKU.WS