Polisin “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü narkotik daşıyırmış - YENİLƏNİB + FOTO/VİDEO

Paytaxtın Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə bildirib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Əliyev Tofiq Taleh oğlu saxlanılıb:
"Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək".


***12:56
Bakıda Heydər Əliyev prospektində Yol Patrul Xidməti (YPX) əməkdaşının “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü saxlanılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Həmin kadrları təqdim edirik:
***10.16
Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb.
Hadisə “Koroğlu” körpüsünün yaxınlığında qeydə alınıb.

Oxşar xəbərlər
Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat
Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə...