Xalq artisti jurnalisti məhkəməyə verdi - Səbəbkar videosu yayılan üç qızdır

28
avq
2019
14:30
Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.Kərimovanın vəkili İlkin Ağazadənin BAKU.WS-ə verdiyi məlumata görə, xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Alovlu Ülviyyə ) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.Məhkəmə iclası 2 sentyabr tarixində saat 17.00-da Binəqədi Rayon Məhkəməsində hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə baş tutacaq.Xatırladaq ki, tərəflər arasında qalmaqala xalq artisti Flora Kərimova videosu yayılan məşhur üç qız barədə söylədiyi bu fikirlər səbəb olmuşdu: “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin "qadının" budur, sənin "kişin" budur, sənin "qeyrətin-namusun" budur?!” Ü.Alovlu Kərimovanın bu fikirlərinə sərt reaksiyası vermişdi:“Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad? Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz - tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz? Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki? Nə etdilərsə, özlərinə etdilər...Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz? Budurmu maarifləndirmə? Budurmu tərbiyə?”.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verildi
Azərbaycanın Xalq artisti Zülfiyyə Xanbabayeva məhkəməyə verilib.BAKU.WS News24.az saytına istinadən xəbər verir ki, bir müddət əvvəl “Bank Of Baku” ipoteka kre...
