Xalq artistinin Faiq Ağayevlə bağlı açıqlamasının cavabı gecikmədi: “Flora yenə “quşlayıb” (FOTO)

Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasındakı söz davası daha da kəskinləşir.
BAKU.WS xəbər verir ki, Flora Kərimovanın Faiq Ağayevlə bağlı bizimyol.info-ya açıqlamasının cavabı gecikməyib.
Belə ki, F.Ağayev "Facebook” profili vasitəsilə qarşı tərəfə öz sözünü deyib. Xalq artistinin fikirlərini olduğu kimi təqdim edirik:
- Məhrrəmlikdə dini yas saxladığımıza görə imamlarımızı arsızcasına təhqir edən (bu danılmaz FAKT məhkəmədə təsdiqlnib!),
- "müalicə üçün" sidiklə özünü başdan-ayağa murdarlayan,
- "N" qədər ər o dünyaya yola salan,
- dünən müxalifət, bu gün "sadiq təbəə"lik edən "əqidə sahibi"
namus-qeyrət, adət-ənənə, doğru-yalan haqda yenə "quşlayıb".
Axirət düşünəcək yaşdadır, qalmaqal axtarır.
Kiri də.
Qeyd edək ki, Bir neçə gün bundan əvvəl xalq artisti Flora Kərimovanın müsahibəsində həmkarı, SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova haqda söylədiyi fikirlər birmənalı qarşılanmayıb və sənət adamları Flora Kərimovanı tənqid atəşinə tutublar.
Flora Kərimovanın fikirlərinə xalq artisti Faiq Ağayev də münasibət bildirmişdi. O açıqlamasında "Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz”, - deyə bildirmişdi.
Aysel.Ş
BAKU.WS

Oxşar xəbərlər
Zenfira İbrahimova ad günü üçün məşhur müğənnini Azərbaycana gətirtdi
Məşhur müğənni Zenfira İbrahimova özünə təmtəraqlı ad günü keçirib. BAKU.WS xəbər verir ki, paytaxtın dəbdəbəli məkanlrından birində baş tutan məclisdə sənətçi...
