Xalq artistini maşın vurub - VİDEO

Xalq artistini maşın vurub - VİDEO
Video
Şou-biznes 1321
Xalq artisti, tanınmış aktrisa Fatma Mahmudova bu yaxınlarda ağır avtomobil qəzası keçirib.BAKU.WS xəbər verir ki, aktrisa bu barədə ARB-nin "Səhər-səhər" verilişində danışıb:“Bu yaxınlarda çox ağır qəzada ölümdən döndüm. Şükr edirəm ki, bu gün sağ-salamatam. Allah mənə kömək oldu”.Verilişin aparıcısı Elgiz Əkbər qəzadan sonra aktrisa ilə dəvət aldıqları məclisdə rastlaşdığını deyib:“10 gün əvvəl bir məclisdəydim. Fatma xanım gəldi, ay Allah nə gündəydi, gördüm dəli oldum. Dedim bu qadına nə olub görəsən? Ağır qəza keçirmişdi, sürünə-sürünə olsa da, məclisə gəldi”.Aktrisa təfərrüatı açıqlamaq istəməsə də, aparıcı Fatma xanımı maşın vurduğunu dilə gətirib.Zülfiyyə Qurbanova BAKU.WS<iframe src="https://baku.ws/video2/v.php?v=1029058" width="640" height="360"></iframe>

Son xəbərlər