Xalq artisti evinə qapandı: "Qapım bağlıdır, çünki..."

Xalq artisti evinə qapandı: Qapım bağlıdır, çünki...
Şou-biznes 5111
Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb.BAKU.WS xəbər verir ki, Milli.Az saytının əməkdaşının telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb."3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm", - deyə xalq artisti bildirib.Qeyd edək ki, noyabr ayının 6-da xalq artisti Zərnigar Ağakişiyevanın 71 yaşı tamam olur.BAKU.WS

Oxşar xəbərlər

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb. BAKU.WS Milli.Az-a istin...

2304 Şou-biznes 23:07 23 avqust 2017

Son xəbərlər