Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar
Şou-biznes 2304
Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb. BAKU.WS Milli.Az-a istinadən bildirir ki, xalq artisti pressclub.az-a açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: "Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.BAKU.WS

Oxşar xəbərlər

Xalq artisti barəsində bəd xəbər

Xalq artisti barəsində bəd xəbər

Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə yenicag.az-a...

2299 Şou-biznes 22:15 16 iyun 2017

Son xəbərlər