Faiq Ağayevə qarşı təxribat

Faiq Ağayevə qarşı təxribat
Şou-biznes 1114

Xalq artisti Faiq Ağayevi özündən çıxarıblar. 

BAKU.WS -in məlumatına görə, xalq artisti sosial şəbəkədə status yazaraq bildirib ki, dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında baş tutacaq konserti ilə bağlı saxta biletlər satışa çıxarılıb: 

"Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə” atıblar - susuram. Indi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam. Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanldan usanacaq? Adam deyillər e, səy yığınıdır! Camaatı gic yerinə qoymusuz?! Kiriyin də! Jurnalist zənglərinə cavab verməkdən təngə gəlmişəm artıq. Səhərdən telefonum susmur”, – deyə xalq artisti qeyd edib.

Xatırladaq ki, F.Ağayevin dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında konserti olacaq.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər