Faiq Ağayev sevdiyi şəxsi hamıya göstərəcək

Faiq Ağayev sevdiyi şəxsi hamıya göstərəcək
Şou-biznes 1380

Xalq artisti Faiq Ağayev debarın 29-da və 30-da Heydər Əliyev Sarayında iki günlük konsertt proqramı ilə çıxış edəcək.

BAKU.WS sənətçi "Hər şey daxil” verilişində qonaq olarkən, maraqlı məqamlara toxunub. Deyib ki, konsertində pərəstişkarlarını ilk dəfə olaraq, sevdiyi adamla tanış edəcək.

"Qəlbim boş deyil. Artıq 45 yaşım olur, nəhayət ki, dekabrın 29-da, konsertimdə sevdiyim adamla - könlümün yarı ilə tanış olacaqsınız. Bilərəkdən bu xəbəri indi dedim. Bu günə qədər 350-yə yaxın mahnı oxumuşam. Demək olar ki, bunların hamısı sevgi barəsindəndir”, - deyə xalq artisti qeyd edib.

Söhbət əsnasında deyib ki, konsertində 23 mahnı oxuyacaq:

"Mahnıların səkkizi yenidir. Çox maraqlı bir səhnə dekoru olacaq. Azərbaycanda heç bir həmkarım elə bir dekor etməyib”.

Qeyd edək ki, Heydər Əliyev Sarayında baş tutacaq iki günlük konsertin biletləri 20-120 manat arasında dəyişir.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər