"Whatsapp"da yayılan hava xəbərdarlığı haqqında - AÇIQLAMA
30
mar
2018
10:51
Dünən axşam sosial mesajlaşma programlarından biri olan “Whatsapp” proqramında hər kəsin bir-birinə göndərdiyi hava haqqında təhlükəli proqnoz hər kəsdə qorxu yaradıb.Bunu nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün, BAKU.WS-in əməkdaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ilə əlaqə saxlayıb. Gülşad xanım açıqlaması zamanı bildirib ki: “Bakıda və Abşeron yarımadasında, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcək, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 18-23, arabir 25-30 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində yayılıb. Əhalinin diqqətli və ehtiyatlı olmaları daha məqsədə uyğundur. “Whatsapp”da yayılan səsin isə bizlə heç bir əlaqəsi yoxdur”. Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Bakı çox küləkli şəhər olduğundan sürəti saniyədə 20-25 metr olan küləyin əsməsi adi haldır və bu, çox da təhlükəli hesab edilmir. Lakin küləyin sürətinin saniy...