HAVA XƏBƏRDARLIĞI: Yollar buz bağlayacaq

HAVA XƏBƏRDARLIĞI: Yollar buz bağlayacaq
Şou-biznes 1396

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, bəzi yerlərdə arabir intensivləşəcəyi, dekabrın 14-də axşam, 15-də çovğun olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə  aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 14-15-də hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.

BAKU.WS

Oxşar xəbərlər

Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərd...

2778 Şou-biznes 12:12 12 dekabr 2016

Son xəbərlər