Hava xəbərdarlığı: qar yağacaq, yollar buz bağlayacaq

Hava xəbərdarlığı: qar yağacaq, yollar buz bağlayacaq
Şou-biznes 4657

 

Sabah, dekabrın 6-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütünundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, güclü küləkli və rütubətli hava şəraiti əksər insanlar üçün əsasən əlverişsizdir. 

Azərbaycanın rayonlarında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departament xəbərdarlıq edir ki, sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində sulu qara, qara keçəcəyi ehtimalı var. Ölkə ərazisində isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yolların buz bağlama ehtimalı var.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Nazirlikdən hava xəbərdarlığı: Bakıya qar yağacaq, temperatur 8° aşağı enəcək

Nazirlikdən hava xəbərdarlığı: Bakıya qar yağacaq, temperatur 8° aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 05-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti barədə məlumat yayıb. BAKU.WS-in məlumatına görə,...

16305 Şou-biznes 12:17 04 dekabr 2016

Son xəbərlər