Vüqar Muradov: “Əsgərlikdə olmasam da, Vətən müharibəsinə könüllü getdim” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu verilişlərin birində deyib.
“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü, çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb getdim cəbhəyə.
Zamanında orqanizmimdə olan problemlər - ayağımın altının düz və mədəmdə xora olması səbəbilə məni əsgərliyə aparmamışdılar.
Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxış etdim və oradan birbaşa müharibəyə getdim”, - deyə Vüqar vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...