Vaqif Əsədov Nura Suri haqda: Xətaya yol veribsə, cəzasız qalmayacaq
03
okt
2017
20:48
Tanınmış müğənni Nura Surinin “Porsche” markalı avtomobili Dövlət Statistika Komitəsinin qarşısından cərimə meydançasına aparılıb.BAKU.WS yenicag.az-a istinadla xəbər verir ki, buna səbəb avtomobilin qadağan olunan yerdə saxlanılması olub. Bu barədə Bakı Dövlət Unversitetinin Jurnalistika fakültəsinin dosenti Sevinc Əliyeva açıqlamasında deyib. Onun sözlərinə görə, Nura Suri avtomobilini cərimə meydançasından heç bir məbləğ ödəmədən çıxarıb: “Mən taksi ilə Tbilisi prospektində yerləşən cərimə meydançasına getdim. Gördüm ki, arxamca Nura Suri də gəldi. Onda zarafatyana dedim ki, Nura xanım, deyəsən “qaişnik”lərin pulu qurtarıb. O da qayıtdı ki, nə pul? Bir qəpik də ödəmədən buradan çıxıb gedəcəyəm. Bir də gördüm ki, şlaqbaum açıldı, Nura Suri də avtomobili sürətlə sürüb getdi. Mən isə yerindəcə evakuatora görə 20 manat ödədim. Avtomobilə görə kəsilən 20 manat cəriməni isə banka ödəyəcəyəm”.Məsələ ilə bağlı Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. O, faktın araşdırıldığını deyib: “Kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Dəxli yoxdur, bu şəxs ya müğənni olsun, ya da qeyri-peşə sahibi…. Qanun hər kəs üçün keçərlidir”.Qeyd edək ki, Nura Suri “Facebook” səhifəsi vasitəsi ilə açıqlama yayaraq, belə bir hadisənin baş vermədiyini deyib.BAKU.WS
Oxşar xəbərlər
Demet Akalın və Nura Suri Bodrum səhnəsində (VİDEO)
Övladları ilə Bodrumda istirahətdə olan tanınmış müğənni Nura Suri tətilin dadını çıxarmaqda davam edir. BAKU.WS PrimeTime.Az-a istinadla xəbər verir ki, ifaç...