Demet Akalın və Nura Suri Bodrum səhnəsində (VİDEO)
Övladları ilə Bodrumda istirahətdə olan tanınmış müğənni Nura Suri tətilin dadını çıxarmaqda davam edir.
BAKU.WS PrimeTime.Az-a istinadla xəbər verir ki, ifaçı ötən gün "Vogue" otelin sahibi Turan Avcının oğlu Amirin şərəfinə təşkil etdiyi ad günü partisinə fəxri qonaq qismində qatılıb.
Ailəsi ilə birgə məclisdə iştirak edən Nura, həm də məkanda səhnə alıb. O, Bebi Broun və Demet Akalınla eyni səhnəni bölüşüb. Nura yeni mahnısı "MazaxistO" ilə yanaşı, "Şans ver", "Dəli", "Gecə-gecə", "Brilliantlar" adlı hitlərini səsləndirib. Onun çıxışı qonaqlar tərəfindən çox bəyənilib. Nura ikinci dəfə səhnəyə çıxıb.
BAKU.WS
Oxşar xəbərlər
Nura Surinin Bodrum istirahətindən FOTOlar
Müğənni Nura Suri Instaqram-da çimərlik geyimində çəkilmiş fotolarını paylaşıb. "Qafqazinfo”nun məlumatına görə, ifaçı bir neçə gündür ki, rəfiqələri ilə Bodr...