Təyyarədə doğulan uşaq hara vətəndaşı olur?
30
avq
2017
22:50
“The Sunday Telegraph” qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb. Məqalədə deyilir ki, təyyarə heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub. Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb. Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib. Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar. Hər ikisinin vəziyyəti qənaətbəxşdir.Bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil. Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər. Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər. Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər. Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər. Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə, uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır. Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq. Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar.( səyahətçi.com)BAKU.WS
Oxşar xəbərlər
AZAL 4 ədəd təyyarə alır - 918 milyon dollar
Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd Boeing 787-8 Dreamliner təyyar...