Tünzalə Ağayeva: "Yenidən başlayaq..."
Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə pərəstişkarlarını sevindirib.
BAKU.WS xəbər verir ki, ifaçı yeni musiqili layihəsini təqdim edib.
"Yenidən başlayaq" adlanan mahnının musiqisi Ağayevanın özünə, sözləri isə Zaur Zeynalova aiddir.
Xalq artisti yeni mahnını həm də ekranlaşdırıb. Klipin rejissorluğunu Pərviz Əzim-zadə edib.
Sənətçinin yeni imici xüsusi maraqla qarşılanılıb. Saç və makiyajı stilist Sabir Bağırova aiddir. Geyimlər isə dünyaca məşhur dizayner Orxan Sultan imzası daşıyır.
Layihənin direktoru Yalçın Cabbarovdur.
Qeyd edək ki, "Yenidən başlayaq" artıq bütün musiqi və rəqəmsal platformalarda yayımlanır.
Oxşar xəbərlər
Blogerə nişanında 45 kiloqram qızıl taxıldı - Ayaqüstə dayana bilmədi
Türkiyədə daha bir mərasim təmtərağı ilə səs-küyə səbəb olub. BAKU.WS xəbər verir ki, sosial media fenomeni Çağla Öz "Kara Haydar" ləqəbi ilə tanınan vanlı iş...