Tünzalə Ağayeva 25 il əvvələ qayıtdı
14
yan
2026
14:43
Xalq artisti Tünzalə Ağayeva yaradıcılığının 25 illiyini qeyd edir.
BAKU.WS xəbər verir ki, bu münasibətlə pop ulduz "The M.O.S.T" jurnalı üçün kamera qarşısına keçib. Fotoqraf Anfisa Bessonovanın obyektivinə poz verən sənətçi bir neçə obrazda çəkilib.
Heydər Əliyev sarayında lentə alınan layihənin ən diqqətçəkən obrazlarından biri məhz bandana ilə olub. Şou-biznesin əfsanəsi 25 il öncəyə qayıdıb. Səmimi və isti görüntüləri pop ulduz şəxsi "İnstagram" hesabında paylaşıb.
Qeyd edək ki, proektin direktoru Yalçın Cabbarovdur.
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...