"Tünzalədən reytinq qazanmayın" deyən aktrisadan AÇIQLAMA
25
sen
2018
08:55
Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın Milli.Az-a müsahibəsi.Xəbər verdiyimiz kimi əməkdar incəsənət xadimi Məlahət Abbasova tanınmış teleaparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişini tənqid edərək, "Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" ifadəsini işlətmişdi. Milli.Az-a müsahibə verən aktrisa dediyi sözlərin "Bizimləsən" verilişinə aid olmadığını bildirib:"2 gün öncə mən bu məsələ ilə bağlı Zaur Baxşəliyevlə danışdım. Çünki mənə bu xəbəri də elə Zaur verdi. Mətbuatda çıxan xəbərlərdən inanılmaz dərəcədə pis oldum. Yenə də sözümün üstündə dayanıram, heç nə dəyişmir. Amma mənim söylədiyim sözlərin həqiqətən də "Bizimləsən"lə, ATV ilə, Zaur Baxşəliyevlə heç bir əlaqəsi yoxdur. Mən Tünzalə xanımın ağlamağını instaqram səhifələrində, saytlarda gördüm. Hər 2 dəqiqədən bir bu görüntülər qabağıma çıxırdı. Tünzalə xanımı kameraların qabağında yazıq vəziyyətində görüb, həmin görüntülərə rəy yazdım. Amma o rəyi yazanda bilmirdim ki, həmin veriliş ATV-də gedib. Zaur ümumiyyətlə o kadrlarda yox idi. Mən bilsəydim ki, həmin veriliş "Bizimləsən" verilişidir sözümü elə deyərdim ki, Zaurun da xətrinə dəyməzdi. Mən bu xəstəliyə qarşı çox həssasam. Mənim hal-hazırda iki rəfiqəm bu xəstəlikdən əziyyət çəkir. Anamda da 6 il öncə bu xəstəlik aşkarlanmışdı, əməliyyat olunandan sonra yaxşı oldu.Qaynımın həyat yoldaşı 39 yaşında bu xəstəlikdən dünyasını dəyişdi. Bu cür xəstələrin mütləq əhval-ruhiyyəsi yaxşı olmalıdır. Verilişə gələn məşhurlar onu qucaqlayıb ağlayırlar. Mən əslində həmin məşhurlara etirazımı bildirmişəm. Nə olar, Tünzaləni ağlatmayın! Çox üzülürəm ki, mənim sözlərim yalnış anlaşılıb. Türkiyədə qucaqlaşıb ağlamırlar, yardım konsertləri təşkil edirlər, pul toplayırlar. Zaur mənim canımdır, ciyərimdir. Mən onun bu yardımsevər proqramına qarşı heç vaxt çıxmaram. Türkiyədə Zaurun xəstəxanalara gedib, xəstələrə baş çəkdiyinin şahidi olmuşam.- Zaur Baxşəliyev sizdən inciyib?- Zaur əslində incimədi, sadəcə dedi ki, Məlahət sən mənə nə desən də biz dostuq, çörək kəsmişik. Bu sözlər bizim aramızı vura bilməz. Mən də and içdim ki, Zaur vallah mənim baxdığım görüntülərdə heç ATV kanalının loqosu yox idi. Bəlkə də olub, amma diqqət etməmişəm.- Tünzalə xanıma yardım edəcəksiniz?- Tünzalə xanımın xəstə olduğunu biləndə hətta ona mesaj da yazdım, Allahdan şəfa dilədim. Baxmayaraq ki, onunla həyatda tanış deyildim. Əlbəttə ki, mən də yardım edəcəyəm, yardım gecələri təşkil edəcəyəm. Adına açılan hesabdan da köməklik edəcəyəm.BAKU.WS
Oxşar xəbərlər
"Tünzalənin xəstəliyindən reytinq qazanmasınlar" - Məlahət Zauru tənqid etdi
Əməkdar artist Məlahət Abbasova ATV kanalında yayımlanan “BizimləSən” proqramını tənqid edib. BAKU.WS-in məlumatına görə, aktrisa verilişin xərçəngdən əziyyət ç...