Tərzi və dəbli geyimləri ilə gənclərə meydan oxuyan qocalar (FOTO)
Fotoqraf və bloger Ari Set Koen dəbli və tərz geyinməyin yaşı olmadığını göstərmək üçün öz blogunda yaşlı insanların fotolarından ibarət maraqlı layihə hazırlayıb.
BAKU.WS məlumat verir ki, Ari 2009-cu ildə "Advanced Style" adında blog yaradıb. O, ilk dəfə blogunda Manxettinin yaşlı qadınlarının fotolarını paylaşaraq bütün yaşda dəbli geyinməyin mümkün olduğunu göstərib. Bundan sonra Ari müxtəlif ölkələrdə yaşayan maraqlı və rəngarəng tərzi olan yaşlı qadın və kişilərin fotolarını çəkərək öz blogunda yerləşdirib. Ari, 59 yaşdan 102 yaşa kimi insanların yer aldığı blogu kitab halında çap etdirmək qərarına gəlib.
Fotoqraf jurnalistlərə açıqlamasında deyib ki, kitabdan sonra sənədli film üzərində işləməyə başlayıb: "İlk dəfə bu işə başlayanda hazırkı nəticəni əldə edəcəyimi heç düşünməmişdim. Çox uğurlu layihə oldu. Buna görə şadam".
Fotoqraf qeyd edib ki, gənc qızlar da bu yaşlı insanların tərzinə baxıb nəsə öyrənəcəklər.
Qeyd edək ki, Arinin çəkdiyi qadınların əksəriyyəti keçmiş modellərdir.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Gənclərdən geri qalmayan dəbli nənə və babalar (FOTO)
Dəbli olmaq üçün yaşın heç bir əhəmiyyəti yoxdur. Rus bloqlarındna biri bunu sübut etmək üçün "Olduşka" adlı layihə hazırlayıb. Layihədə iştirak edən ahıl qadı...