Toy sahibi meyxanaçı Kərimə şərt qoydu: Gəlməsən...

Toy sahibi meyxanaçı Kərimə şərt qoydu: Gəlməsən...
Şou-biznes 9378
Təxminən 2 ay əvvəl insult keçirən meyxanaçı Kərimin səhhətində irəliləyiş olsa da, müalicəsi həkim nəzarəti altında davam edir.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, meyxana ustadının bacısı oğlu Rüstəm Cənnətov artıq çətin günlərin arxada qaldığını deyib:"Dayımın səhhətində irəliləyişlər var. Bir neçə gün əvvəl xəstəxanaya müayinəyə apardım, analizlərin cavabı müsbət oldu. Amma dava-dərman davam edir. Bu xəstəlik elədir ki, xəstə bir müddət həkim nəzarəti altında olmalıdır. Çoxdan idi, evdən bayıra çıxmırdı, bir-iki gün əvvəl dayımı dəniz qırağına apardım”.Rüstəm Kərimin artıq toy məclislərinə dəvət aldığını deyib: “Rayonlardan, Bakıdan coxsayda toy dəvətləri alırıq, amma hələ dayım o məclislərdə meyxana deməyə razılıq vermir. Çox adam deyir ki, Kərimin məclisimizdə olması elə bizim üçün şərəfdir. Bir-iki gün əvvəl bir yaxın adam gəldi ki, Kərim Ramazan bayramından sonra oğluma toy edəcəm, əgər gəlməsən, bir nəfər də olsun meyxana deyən olmayacaq. Dayım ona söz verdi ki, gələcəm. Kəndimizdə - Məştəğada çox oğlanların toyu meyxanaçılarsız keçib. Çünki Kərimi sevdikləri və hörmət etdikləri üçün başqa meyxanaçılar dəvət etmirlər”.Bacısıoğlu Kərimin təbinin yerində olduğunu bildirib: “Təbi yerindədir. Bir də görürsən evdə qafiyə tutur, mənimlə deyişir”.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər