Kərimin anası həmin xəbərə görə ölüb - “Ağlayıb, halı pisləşib…”
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl beyninə qan sızan və reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin anası ölüb.
"Qafqazinfo” xəbər verir ki, iddiaya görə, Kərim Novruzovun anası mediada oğlunun ölüm xəbərinin yayılmasından sonra dünyasını dəyişib.
"Qafqazinfo” mövzu ilə bağlı meyxanaçının bacısı oğlu Rüstəmlə əlaqə saxlayıb.
O, yayılan iddiları təsdiqləyib. Rüstəm deyib ki, nənəsi ölüm xəbərinin yayılmasından sonra həyatını itirib:
"Bilirsiz necə olub? Nənəm xəbəri oxumayıb, bilməyib. Məlumatlar yayılandan sonra evə zəng gəlib, deyiblər ki, ölüm xəbəri yayılıb. O da ağlayıb, halı pisləşib və dünyasını dəyişib. Belə bir şey olub”.
BAKU.WS
Oxşar xəbərlər
İnsult keçirən Kərimə ağır itki
Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib. BAKU.WS unikal.org-a istinadən bildirir k...