Tolikdən hədə dolu mesaj: Məni cin atına mindirməyin, sizi eldə rüsvay edərəm - VİDEO
16
iyl
2018
11:11
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları prodüser Toliki qəzəbləndirib.BAKU.WS xəbər verir ki, əkiz bacıların "ATV Maqazin Onlarla" verilişində müğənni Elton Hüseynəliyev barədə səsləndirdiyi "Bu gün Elton musiqi baxımından komandasız müğənnidir. Tolik onu toy bazarında önə aparan insandır. Kliplər, mahnılar və konsertlər Eltonun üzərinə düşən işdir. Bu işləri də o görmür", fikirləri prodüseri özündən çıxarıb. Tarix Əliyev verilişdə eşitdiklərindən sonra sosial şəbəkədən bacılara videomesaj göndərərək hədələyib: "Buradan deyirəm və bir daha təkrar etməyəcəm. Bir də eşitsəm mənim, mənim müğənnim və verilişim haqqında bir kəlmə söz demisiz, giloslar-miloslar bilmərəm, sizi eldə rüsvay edərəm. Məni cin atına mindirməyin! Bir dəfə deyirəm, sonra danışmayacam. Mənim dava edib sizi reklam etməyə halım yoxdur, gedin mahnılarınızı oxuyun, camaat sizi toya çağıra bilirsə, çağırsın. Buradan deyirəm, Namiq Qaraçuxurlu sizinlə duet oxusa, deməli ağlı yoxdur"!
Oxşar xəbərlər
Tolikin yeni "Gelandewagen"i - FOTO
Bu gün doğum gününü qeyd edən prodüser Tolik "Gelandewagen" alıb.BAKU.WS-in məlumatına görə, yeni avtomobili ilə şəkil paylaşan prodüser dostlarına təşəkkür edi...