Tehranda TƏHLÜKƏ – “Küçəyə çıxmayın!”
17
dek
2018
12:12
İranın paytaxtı Tehran şəhərində hava həddindən artıq çirklənib.
BAKU.WS xəbər verir ki, bu barədə Tehran Ətraf Mühitin Mühafizəsi İdarəsi əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, vətəndaşlar ehtiyac olmadıqda küçəyə çıxmasınlar.Çünki havaya buraxılan çirkli hava və tozun miqdarı həddindən artıq çoxluq təşkil edir. Buna görə də, açıq havada gəzmək insan sağlamlığı üçün olduqca təhlükəlidir.Belə havada gəzmək əsasən ürək və ağciyər xəstəlikləri olan insanlar üçün son dərəcə təhlükəlidir. Hazırda Tehranda hava çirklənməsi normadan iki dəfə çoxdur.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Bakıda havada tozun miqdarı 3 dəfədən çoxdur – XƏBƏRDARLIQ
Bakıda havanın tozlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Mi...