Subay aparıcıdan inanılmaz etiraf: Ora ehtirasımı öldürmək üçün...

Subay aparıcıdan inanılmaz etiraf: Ora ehtirasımı öldürmək üçün...
Şou-biznes 2794
Son vaxtlar aktyor kimi daha çox tanınan aparıcı Şəhriyar Əbilov erotik rollara çəkilən aktyorlardan danışıb.BAKU.WS yenicag.az-a açıqlama verən aktyor buna pis baxmadığını, lazım gələrsə, yataq səhnəsinə çəkiləcəyini də gizlətməyib:“Əgər xalq artisti, tanınmış aktyorumuz Fəxrəddin Manafov “Təhminə” filmində yataq səhnəsinə çəkilibsə, mən nəkarəyəm ki, çəkilməyim. Lazım gələrsə, hər hansı melodramada belə səhnədə oynayaram”.“Öpüş, yaxud digər açıq-saçıq səhnələri oynayarkən, sizin üçün tərəf-müqabilinizin gözəl, ya çirkin olmasının əhəmiyyəti varmı?” sualına Şəhriyarın cavabı belə oldu: “Öpüş səhnələrinə əla baxıram. Qaldı ki, tərəf-müqabilimin kimliyinə, fərqi yoxdur. Rejissor məndən ona qarşı hansı hisləri tələb etsə, yerinə yetirəcəm. Çünki mən ora ehtirasımı öldürmək üçün getmirəm. Buna peşəmdən irəli gələn tələb kimi baxıram”.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər