Aqil M. Quliyevdən ŞOK İDDİA: "Əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir..."

Aqil M. Quliyevdən ŞOK İDDİA: Əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir...
Şou-biznes 2141
Tanınmış rejissor Aqil M.Quliyev azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb.BAKU.WS xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor bildirib ki, yataq səhnələri üçün çəkilən aktrisanın birinci növbədə mükəmməl bədən quruluşu olmalıdır:“Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır. Eyni zamanda, həyatda mükəmməl öpüşməlidir ki, səhnədə də öpüşə bilsin. Yoxsa ki, baxırsan, həyatda öpüşməyi bacarmır, amma səhnədə erotik obraz canlandırır. İkincisi, onda cəsarət olmalıdır ki, bu addımı ata bilsin. Çünki gənc aktrisaların çoxu buna cəsarət etmir, mentalitet qorxusu onları çəkindirir. Fikirləşirlər ki, yataq səhnəsinə razılıq versələr sonra onları alan olmaz, evdə qalarlar. Hansı ki, bu gün aktrisa olmayan elə məşhurlar var ki, onları nə mentalitet maraqlandırır, nə də onun-bunun qınağı. Tanıdığım elə məşhur xanımlar var ki, əri yoxdur, iki-üç uşaq doğub, hamı da bilir kimin məşuqəsidir. Amma heç kimin cəsarəti çatmır ki, ona bir söz desin. Çünki saxlayanı güclüdür, kimsə nəsə deyəcək, vurub qabırğalarını sındıracaqlar. Sosial şəbəkələrdə fotolarını paylaşır, altında elə xoş sözlər yazırlar ki… O yazıq aktrisanın elə güclü adamı yoxdur axı. Gecə-gündüz əlləşir, zəhmət çəkir, sənəti ilə qəpik-quruş qazanır”.BAKU.WS

Son xəbərlər