Filmdə zorlanan aktrisa: "O filmdən sonra intihar etmək istədim"

Filmdə zorlanan aktrisa: O filmdən sonra intihar etmək istədim
Şou-biznes 10517

 

Aktyor Marlon Brandonun baş rolunu oynadığı "Parisdə son tanqo" (Last Tango in Paris) filmi Parisdəki yataq dəsti olmayan bir evdə bir cütlüyün macərasından söhbət gedir.

Milli.Az xəbər verir ki, məşhur italyan rejissor Bernardo Bertolucci filmdəki müzakirə edilən təcavüz səhnəsi haqqında 45 il sonra bir etiraf edib.

76 yaşlı rejissor aktyor Marlon Brando ilə əlbir olub mübahisəli təcavüz səhnəsinin çəkilişini son ana qədər qadın baş rol aktrisası Maria Skneiderdən gizlədiklərini deyib:

"Marianın o səhnələrdə bir aktrisa kimi deyil, gənc bir qız kimi davranmasını istədim. Alçaldılmasını və acı çəkməsini istəyirdim. O səhnələr gerçək idi", - deyib.

Qeyd edək ki, 1972-ci ildə film çəkildiyində hələ 19 yaşı olan Skneider erotik bir səhnədə oynayacağından xəbəri olmadığını, ancaq ssenaridə olmayan bu səhnəni yazan Brando tərəfindən zorlandığını açıqlamışdı.

Brandonun ona təcavüz etdiyindən danışan fransız aktrisa: "Həqiqətən, gözyaşı tökdüm. O filmdən sonra yüksək dozalı narkotik həblər qəbul edərək intihar etmək istəyirdim", - deyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər