İstirahət gününün hava proqnozu

İstirahət gününün hava proqnozu
Şou-biznes 1019
Azərbaycanda istirahət gününə gözlənilən hava proqnozu açıqlanıb.BAKU.WSEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah - iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.Cənub çimərliklərində də (Türkan, Hövsan, Sahil, Şıx) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək. BAKU.WS

Oxşar xəbərlər

Dəhşətli istilər geri dönür

Dəhşətli istilər geri dönür

Azərbaycanda iyulun 10-na olan hava proqnozu açıqlanıb.BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər...

5479 Şou-biznes 14:04 09 iyul 2018

Son xəbərlər