Sibel Candan azərbaycanlı ifaçıya jest (VİDEO)
"O ses Türkiye” televiziya yarışmasında münsif üzvü olan Sibel Can dəfələrlə Azərbaycana olan sevgisini dilə gətirib.
BAKU.WS xəbər verir ki, sənətçi verilişə qatılan azərbaycanlı iştirakçılara xüsusi diqqət göstərir. Hər birinin ifasına, səsinə heyranlığını ifadə edir.
Məlumat üçün bildirək ki, yarışmanın ötən günkü buraxılışında Azərbaycan Milli Konservatoriyasının tələbəsi olan Pərvaz İbrahimli "Aylı gecələr” (sözlər İslam Səfərli, musiqi Cahangir Cahangirov-red) mahnısını oxuyaraq, Sibel Canı öz ifasına heyran qoyub. O, ifaçıya jest edərək, onu öz komandasına dəvət edib.
Səsinə heyran olduğunu da xüsusilə vurğulayıb:
"O torpaqlardan gələn səsi qarışdırmaq olmaz. Azərbaycandan gələn səslər (ifaçıları nəzərdə tutur-red) hər zamankı kimi möhtəşəmdir”.
Həmyerlimiz yarışmada iştirakının Sibel Canın komandasında davam etmək qərarını verib.
Qeyd edək ki, Türkiyənin "TV8” televiziyasında Acun İlıcalının aparıcılığı ilə yayımlanan verilişin münsif üzvləri Sibel Can, Murat Boz, Hadise və Gökhan-Hakan Özoğuz qardaşlarıdır.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Sibel Can “O ses Türkiye”də Azərbaycana səsləndi (VİDEO)
Azərbaycanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan "O ses Türkiye” yarışmasının yeni buraxılışında maraqlı anlar yaşanıb. BAKU.WS xəbər verir ki, tel...