"O səs Türkiyə"də qalmaqallı səhv: "Tut ağacı" mahnısı... (VİDEO)
Xəbər verdiyimiz kimi, dünən "O səs Türkiyə" yarışmasında bəstəkar Aygün Səmədzadənin "Tut ağacı" mahnısı "anonim" deyə qeyd edilib.
A.Səmədzadə Axşam.az-a açıqlama verərək deyib ki, bu məsələyə ciddi yanaşmaq lazımdır:
"Əlaqədar olan qurumlar mövqelərini bildirməlidirlər. "Tut ağacı" bəstəsini yəhudilər də, digər ölkələrin ifaçıları da oxuyublar. Amma ən azından Azərbaycan müəllifinin mahnısı olduğunu qeyd ediblər. Mahnıma belə tələbatın olması, əlbəttə ki, xoşdur. Amma "anonim" ünvansız deməkdir. Bunu da dəfələrlə mahnılarımız haqda qardaş türklərdən eşitmək çox məyusedicidir".
Əməkdar incəsənət xadimi "O səs Türkiyə"nin münsiflər heyətində olan Sibel Canın "Tut ağacı" mahnısı barədə məlumatlı olduğunu bildirib:
"Yaprak dökümü"nün aktyoru Halil Ergün 2008-ci ildə Bakıda olarkən "Tut ağacı" mahnısını eşitdi və çox bəyəndi. O, mahnını Sibel Cana təqdim etmişdi. Sibel Can tərəfdən mənə mahnı barədə təklif də gəldi. Lakin müəyyən anlaşılmazlıqlara görə bu iş yarımçıq qaldı. Yəni mahnının Azərbaycan müəllifinin olmasını barədə məlumatları var idi. Sibel Can indi münsif olduğu üçün mahnı barədə nəsə deyə bilərdi, amma demədi".
Qeyd edək ki, dünən yarışmada Müğe Genc və Güray Gültay adlı cütlük musiqisi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya aid olan "Tut ağacı” mahnısını oxuyublar. Lakin mahnı Azərbaycana aid olan digər "Tut ağacı boyunca” xalq mahnısı ilə səhv salınıb və sözləri, bəstəsi "anonim” deyə qeyd edilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ağacı kəsmədən yol çəkdilər - VİDEO
Yenicə istifadəyə verilən Xaçmaz rayonu Xudat-Yalama-Zuxuloba avtomobil yolunun videosu yayılıb. BAKU.WS xəbər verir ki, «Azəravtoyol» ASC-nin yaydığı videoda...