Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək (YENİLƏNİB)

Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək (YENİLƏNİB)
Şou-biznes 994
Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək.Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, - deyə T.Əliyev əlavə edib.

Oxşar xəbərlər

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji i...

1945 Şou-biznes 19:55 24 iyun 2019

Son xəbərlər