İlham Əliyevdən YENİ TƏYİNATLAR

İlham Əliyevdən YENİ TƏYİNATLAR
Siyasət 6830
Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.Dövlət başçısının digər sərəncamı ilə F.Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.Prezidentin digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Dövlət Turizm Agentliyinə sədr təyin edilib

Dövlət Turizm Agentliyinə sədr təyin edilib

Azərbaycan Dövlət Turizm Agentliyinə sədr təyin edilib.BAKU.WS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabine...

2937 Siyasət 19:40 23 aprel 2018

Son xəbərlər