Şəbnəm Tovuzlu ilə Hüseyn Məhəmmədoğlu arasında nə baş verib? - VİDEO

Müğənni Şəbnəm Tovuzlu ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında gərginlik yaşanıb.
BAKU.WS xəbər verir ki, “Həmin Zaur” verilişinə qonaq olan sənətçi ailədə qadın-kişi münasibətləri mövzusuna toxunub. O, istənilən halda bəylərin xanımlara əl qaldırmasının yaxşı hal olmadığını bildirib:
"Ailədə ən əsas şey odur ki, kişi qadına əl qaldırmasın. Mən neçə ildir, artıq ailəliyəm, əminliklə deyə bilərəm ki, mənim ailəmdə nə şiddət, nə də təhqir olmayıb. Qadını döyən, əl qaldıran kişiləri başa düşə bilmirəm. Axı o da qadındır, anadır, niyə ona əl qaldırasan ki?"
Şəbnəmin bu sözlərinə Hüseyn Məhəmmədoğlu etiraz edib. O, müğənniyə hər qadının da ana olmadığını deyib və onun sözünü yarımçıq kəsib:
“Mənim üçün hər qadın ana deyil... İndi mən hansısa əxlaqsız qadına da ana deyim? Mənə görə elə insanlar ana deyil”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...
