Səyyad Əlizadə dəfn olundu
01
okt
2021
15:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi Füzuli rayonuna aparılaraq orada dəfn olunub.
Bu haqda BAKU.WS-ə dəfndə iştirak edən Səyyad Əlizadənin yaxın dostu və həmkarı Nadir Bayramlı məlumat verib.
Sənətçi vəsiyyətinə uyğun olaraq Füzuli rayonunun Babı kəndində ata-anasının qəbrinin yanında torpağa tapşırılıb.
Qeyd edək ki, koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilən S.Əlizadə dünən gecə vəfat edib. Süni tənəffüs aparatına qoşulan müğənninin ağ ciyərinin 80%-nin buzlaşdığı bildirilirdi.
Oxşar xəbərlər
Rəqsanə Səyyad Əlizadə haqqında: "Kaş sizə "Əməkdar artist" adı verilərdi!" - FOTO
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında həmkarı Səyyad Əlizadə ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, Əlizadənin vəfatına üzüldüyünü bildir...