Rəqsanə Səyyad Əlizadə haqqında: "Kaş sizə "Əməkdar artist" adı verilərdi!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında həmkarı Səyyad Əlizadə ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, Əlizadənin vəfatına üzüldüyünü bildirən Rəqsanə onun indiyə qədər fəxri ad almamasından danışıb. Sənətçi Əlizadənin "Xalq artisti" fəxri adına layqi olduğunu bildirib:
"Çox üzüldüm, pis oldum. Allah sizə rəhmət etsin. Bu il çox dəyərli və sevilən sənət adamlarımız dünyasını dəyişdi.
Səyyad Əlizadənin mahnıları ilə böyüdük. Kaş sizə sağlığınızda "Əməkdar artist" fəxri adı verilərdi. Deyirəm ki, danışmayım, amma danışmayanda da olmur. Bəzən hər şeyi demək lazımdır. Çox heyif..."Əməkdar artist", "Xalq artisti" fəxri adları elə insanlara verilib ki... Azərbaycan dilində normal danışa bilməyən, insanlarımızı "Qara camaat" adlandıranlara... Onlara baxanda sizdən utanıram.
Guya bunlar elit təbəqənin sənətçisidir. Uşaqdan da soruşsan Səyyad Əlizadə kimdir? Hansı mahnıları var? Əzbər oxuyacaq. Siz sənətə gələn gündən Xalq artisti olmusunuz. Allahdan ailənizə səbr diləyirəm!"
Oxşar xəbərlər
Məşhurlar Səyyad Əlizadədən yazdılar: "Heyif, Səyyad bəydən…" - FOTO
Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, hə...