Məşhurlar Səyyad Əlizadədən yazdılar: "Heyif, Səyyad bəydən…" - FOTO

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, həm də sənət aləmini yasa boğub. Məşhurlar Səyyad Əlizadənin vəfatı ilə bağlı statuslar yazaraq ailəsinə və yaxınlarına başsağlığı veriblər.
BAKU.WS həmin paylaşımları təqdim edir:
Müğənni Nadir Qafarzadə həmkarı Səyyadın fotosunu paylaşaraq onun vəfatı ilə bağlı bunları yazıb:
“Bu gün Səyyad Əlizadəni itirdik. Allah rəhmət etsin. Gözəl insan, bu etibarsız dünyadan canını qurtardın. Ədalətsiz və amansız dünya! Sən nələrə qadirsən! Yerin cənnət olsun qardaşım!”


“Heyif səndən, gözəl insan, gözəl sənətkar, yerin behişt olsun! İnanın, çox üzüldüm. Bəlkə də, bu dünyada belə gözəl insan yox idi. Allah rəhmət etsin”.


Əməkdar artist Aybəniz Haşımova da ifaçının vəfatı ilə bağlı status yazıb. O, mərhum həmkarının fotosunu yayımlayaraq bunları yazıb:
“Bu da son! Gözəl insan koronavirus qurbanı oldu. Heç bir sözüm qalmadı daha… Heyif Səyyad bəydən… Çox gözəl insan idi. Allah rəhmət etsin!”

“Allahım, necə də acı xəbərdir, necə ağır həyatdır. İncəsənətimiz gözəl sənətkarlarını itirir, dünyamız gözəl insanları yola salır. Allah sənə rəhmət etsin, əziz qardaşım, Allah ailənə səbr versin!”

Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...
