Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO
Şou-biznes 1647

Son bir ildə Azərbaycanda ölümlərin sayı çox olub. Bu ölümlərin əsas səbəbi də dünyanı cənginə alan koronavirus xəstəlikləridir.

Təəssüflər olsun ki, ölüm halları Azərbaycan mədəniyyətindən də yan keçməyib. Son bir il ərzində Azərbaycan incəsənəti görkəmli nümayəndələrini itirib.

Ötən gün koronavirusdan müalicə olunan Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

BAKU.WS xəbər verir ki, mərhum aktyorun ölümü yaxınları qədər onu sevənləri də dərin kədər hissinə boğub. Arif Quliyev son zamanlar dünyasını dəyişən sənətçilərdən sadəcə biridir.

Ölümü ilə insanların kədərinə səbəb olan sənətçilərdən biri də Xalq artisti Sabir Əliyevdir. O, koronavirusa yoluxduqdan sonra vəfat edib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

İnsanları sarsıdan daha bir acı xəbər isə Xalq artisti Yalçın Rzazadənin vəfatı oldu.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

O, uzun çəkən xəstəlikdən sonra dünyasını dəyişib. Xalq artisti “Xoşbəxtəm, arxamca ağlamayın” deyərək gözlərini əbədi olaraq yumub. 74 yaşında vəfat edən sənətkar doğulduğu Lənkəran rayonunda torpağa tapşırılıb.

Bir müddət əvvəl koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfovun da səhhəti pisləşib və o vəfat edib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Sənətçi xəstəxanada müalicə olunmağı qəbul etmədiyindən ev şəraitində karantinə alınaraq müalicə edilib. Lakin səhhəti ağırlaşıb və bir neçə gün əvvəl dünyasını dəyişib.

Xalq artisti, gitaraçı Rafiq Hüseynov da (Rəmiş) qısa müddət əvvəl vəfat edən sənətçilərdəndir. O, qaraciyəri ilə bağlı səhhətində yaşadığı problemlərə görə əvvəl xəstəxanaya yerləşdirilib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Daha sonra vəziyyəti ağırlaşan sənətçi, aprelin 4-də vəfat edib.

Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev də koronavirusa yoluxaraq vəfat edib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

O, uzun illər ürək-damar çatışmazlığından əziyyət çəkib.Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev də mədəniyyət aləminin itirdiyi şəxslər sırasındadır. O, aprelin 21-də dünyasını dəyişib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Mərhumun vəfatı ilə bağlı xəbəri Əməkdar artist İlham Əsədov verib.

O, 73 yaşlı aktyorun koronavirusa yoluxduğunu, bir həftə əvvəl xəstəxanaya yerləşdirildiyini, daha sonra dünyasını dəyişdiyini bildirib.

Ölümü ilə hər kəsi sarsıdan daha bir məşhur müğənni Aslan Hüseynovdur.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

55 yaşlı ifaçı bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Onun vəfatı hər kəsi dərin kədərə boğub.

Bir müddət əvvəl, azərbaycanlı gənc musiqiçi, qarmon ifaçısı Nəbi Məmmədov da koronavirusdan dünyasını dəyişib. O, şou-biznesdə bir çox məşhur müğənniləri müşayiət edib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Xalq şairi Musa Yaqub da vəfat edib. O, bu gecə 84 yaşında dünyasını dəyişib.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Şair İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib. Mərhum uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkirdi.

İki gün əvvəl isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dünyasını dəyişib. 85 yaşında vəfat edən şair I Fəxri Xiyabanda torpağa tapşırılıb.

Mədəniyyətimizə üz verən itkilər - SİYAHI - FOTO

Son xəbərlər