Səyyad Əlizadə süni tənəffüs aparatına qoşulub: Vəziyyəti ağırdır

13
sen
2021
13:00
Tanınmış müğənni Səyyad Əlizadə xəstəxanaya yerləşdirilib.
Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O, hazırda müğənninin vəziyyətinin ağır olduğunu bildirib:
“10 gün idi, koronavirusa yoluxmuşdu. Amma vəziyyəti bu gün ağırlaşdı. Təcili yardımla xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulub".
Qeyd edək ki, Səyyad Əlizadə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Xanımı Fuad Poladovun son vəsiyyətini açıqladı: Məzar daşıma şəklimi vurmayın!
BAKU.WS musavat.com-a istinadən mərhum Xalq artisti Fuad Poladovun həyat yoldaşı Gülüstan Poladovanın müsahibəsini təqdim edir:- Haradan başlamışdı tanışlığınız...