Səyyad Əlizadənin dəfn olunacağı yer məlum olub

Səyyad Əlizadənin dəfn olunacağı yer məlum olub
Şou-biznes 1614

Ötən gün axşam saatlarında vəfat edən müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.

Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib.

Onun sözlərinə görə mərhum Füzulidə torpağa tapşırılacaq:

“Səyyad bəyin cənazəsi yaxın vaxtlarda təhvil veriləcək. Vəsiyyətinə əsasən Füzuli rayonunda ata və anasının qəbirləri yanında dəfn olunacaq”.

Xatırladaq ki, Səyyad Əlizadə bir ay əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət müalicə olunmasına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Sənətçi ötən gün dünyasını dəyişib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Səyyad Əlizadənin səhhəti ilə bağlı xoş xəbər - AÇIQLAMA

Səyyad Əlizadənin səhhəti ilə bağlı xoş xəbər - AÇIQLAMA

Uzun müddətdir xəstəxanada müalicə alan və vəziyyəti ağır olan müğənni Səyyad Əlizadədən xəbər var. Sənətçinin kürəkəni Razim Qarayev BAKU.WS-ə açıqlamasında if...

2574 Şou-biznes 15:41 20 sentyabr 2021

Son xəbərlər