Səyyad Əlizadənin səhhəti ilə bağlı xoş xəbər - AÇIQLAMA
20
sen
2021
15:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir xəstəxanada müalicə alan və vəziyyəti ağır olan müğənni Səyyad Əlizadədən xəbər var.
Sənətçinin kürəkəni Razim Qarayev BAKU.WS-ə açıqlamasında ifaçının səhhətində irəliləyiş müşahidə olduğunu bildirib:
“Səyyad bəyin vəziyyəti yaxşılaşmağa doğru gedir. Hərarəti çox yüksək idi. Hazırda azalıb. Həkimlərdən yaxşı xəbərlər gözləyirik”.
Səyyad Əlizadə ilə həyat yoldaşı Kəmalə xanım da xəstəxanaya yerləşdirilmişdi. Qohumunun sözlərinə görə, onun vəziyyəti yaxşı olduğundan bu gün evə buraxılıb.
Oxşar xəbərlər
Səyyad Əlizadə ECMO cihazına qoşulub
Bir neçə gündür səhhəti ağır olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb. BAKU.WS xəbər verir ki, bu haqda sənətçinin kürəkəni Razim Qarayev məlumat verib....