Səyyad Əlizadə ECMO cihazına qoşulub
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündür səhhəti ağır olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. O bildirib ki, ifaçı köçürüldüyü xəstəxanada ECMO cizahına qoşulub:
"Vəziyyəti ağır olaraq qalır. Dünən axşam Mərkəzi Gömrük Hospitalına köçürülüb. Hazırda reanimasiyadadır və ECMO cihazına qoşulub. Ağ ciyərində 70% "buzlaşma" aşkarlanıb. İnşallah, həkimlərdən xoş xəbərlər eşidərik".
Qeyd edək ki, Səyyad Əlizadə bir neçə gün əvvəl COVID-19 infeskiyasına yoluxub. Vəziyyəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib.
Oxşar xəbərlər
Səyyad Əlizadə komadadır - VİDEO
Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən müğənni Səyyad Əlizadədən xəbər var. Sənətçinin səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən kürəkəni Razim Qaray...