Səyyad Əlizadə komadadır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən müğənni Səyyad Əlizadədən xəbər var.
Sənətçinin səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən kürəkəni Razim Qarayev onun komada olduğunu bildirib:
“Süni tənəffüs aparatına bağlılığı davam edir. Ağciyərlərində 80% buzlaşma var. Həkimlər isə vəziyyətiin ağır olaraq qaldığını bildirirlər”.
Qeyd edək ki, müğənni hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli xəstəxanasındadır. Sənətçinin həyat yoldaşı Kəmalə də onunla birlikdə eyni xəstəxanada müalicə alır. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.
Oxşar xəbərlər
Səyyad Əlizadənin səhhəti ilə bağlı AÇIQLAMA
Bir neçə güdür koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır. Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. Onun sözlər...