Sevda Ələkbərzadə: "Konsert səfərim zamanı 20 gün danışmamışam"
Əməkdar artist Sevda Ələkbərzadə konsertindən əvvəl 20 gün danışmadığını bildirib.
BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Söhbət var" verilişində deyib.
"Xəstələnmişdim və həkim dedi ki, danışmaq olmaz. Təsəvvür edirsiniz insan 20 gün danışmır. Danışıb, deyən-gülən insan bütün gün susurdum. Heç yerə gedə bilmirsən, çünki danışa bilmirsən: nə telefonla, nə evdəkilərlə. Bu, elə bil ki, səni zindana qoyublar orada 20 gün qalırsan demək idi", - deyə o bildirib.
Onu da qeyd edək ki, əməkdar artist uzun zaman sonra 10 may tarixində Bakı Konqres Mərkəzində "Sən yadıma düşəndə" adlı konsert verəcək.
Ətraflı videoda:
Oxşar xəbərlər
Vəfat edən aktrisaya qarşı BÖYÜK HÖRMƏTSİZLİK: Onu bələdiyyə işçiləri dəfn etdi
"Yeşilçam"ın məşhur aktrisalarındam olan Kamuran İnselelə qarşı böyük hörmətsizlik edilib. BAKU.WS xəbər verir ki, vəfat edən aktrisa üçün heç bir anma mərasim...