Səidə Dadaşova: "Şansım olsa idi, özümə başqa həyat yazardım"

Səidə Dadaşova: Şansım olsa idi, özümə başqa həyat yazardım
Video
Şou-biznes 108

Müğənni Səidə Dadaşova efirdə təsirli anları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan sənətçi həyata yenidən gəlsə idi, başqa cür yaşamaq istədiyindən danışıb. O bunları deyərkən göz yaşlarına boğulub:

"Mənim axtardığım şey sadəcə huzurdur, sakitlikdir. Həyatımda ən çox istədiyim də budur. Bir gün "huzur dolu bir səs" yazaraq bir paylaşım etmişdim. Əslində demək istədiyim məhz buydu. O hissi yaşamaq, o sakitliyi tapmaq istəyirəm. Körpə yaşlarımdan bəri sanki içimdə həmişə həmin duyğunu gözləmişəm. Amma etiraf edim ki, mən müğənni olmağımı istəməzdim. Heç kim inciməsin, bu sadəcə mənim şəxsi fikrimdir. Bu gün özümə verəcəyim ən böyük məsləhət isə budur: Özün üçün yaşa. Həmişə özün üçün yaşa. Şansım olsa idi özümə başqa həyat yazardım".

Sənətçi onu da vurğulayıb ki, hazırda sənətdə olduğu yer ona layiq deyil:

"Bu gün gəldiyim nöqtədə özümü tam olaraq olmaq istədiyim yerdə görmürəm. Bunu açıq şəkildə də deyə bilərəm. Mən həmişə düşünmüşəm ki, insanın bir duruşu, bir statusu olmalıdır. Müğənnilik sadəcə səhnəyə çıxıb mahnı oxumaq deyil. Müğənninin səhnəyə gəlişi, mikrofonu tutuşu, danışığı, nitqi, davranışları hər biri nümunə olmalıdır".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər