Səhnədən yıxılan müğənni: "Əvvəl dedilər qolum sınıb, amma sınan ayağımdır"
Konsertində shnədən yıxılan müğənni Merve Özbey səhhəti ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, sənətçi fasilə zamanı pilləkandan yıxıldığını vurğulayıb:
"Konsertdə fasilə zamanı pilləkənlərdən yıxıldım. İndi İstanbuldayıq və öz həkimimizə gedirik. Əvvəl dedilər ki, qolum sınıb, amma təəssüf ki, sınan ayağımdır".
Müğənni müalicəsindən sonra mümkün qədər səhnəyə tez qayıtmaq istədiyini bildirib:
"Sizə mümkün qədər tez qayıdacam. Qarşıdakı konsertlərə hazır olmağa çalışacam". Qeyd edək ki, ötən gün Merve Özbeyin başına iş gəlib. O konsert zamanı səhnədən yıxılıb.
İfaçının komandası tərəfindən ona ilk tibbi yardım göstərilib. Hadisə zamanı Merve Özbeyin qolunun sındığı bildirilib.
Konsert zamanı baş verən qorxulu anlar tamaşaçıları narahat edib.
Oxşar xəbərlər
Öd kisəsi iltihabından müalicə alan İbrahimin SON VƏZİYYƏTİ
Uzun müddətdir öd kisəsi iltihabından (Xolesistit) müalicə olunan müğənni İbrahim Tatlısesin son vəziyyəti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi...