Səba məhsulları yeni Azexport.az platformasında təqdim olunmağa başlayıb
"Səba” brendi www.azexport.az platformasına çıxıb.
İndiyədək yalnız öz mağazaları və distribüterlər vasitəsilə yayılmaqla, digər mağazalarda satılan "Səba” məhsulları Azərbaycanda istehsal olunan məhsulların ümumi məlumat bazası olan bu saytda da təqdim olunmağa başlayıb. Saytda həm "Səba” ASC-nin istehsalı olan quş əti məhsulları, həm "Biləsuvar Aqro”-nun süd məhsulları, həm də "Dəvəçi Dərin Emal” müəssisəsinin yarımfabrikatları yerləşdirilib.
Qeyd edək ki, Səba brendi "Made in Azerbaijan” nişanı ilə quru süd ixracını həyata keçirir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkil etdiyi ixracın təşviqi missiyalarında fəal iştirak edən şirkət artıq bəzi xarici şirkətlərlə razılaşmalar reallaşdırmaq ərəfəsindədir.
"Ümid edirik ki, dövlətin bizim üçün yaratdığı bu yeni imkandan, www.azexport.az platformasından istifadəmiz xarici ölkələrdə məhsullarımıza alıcı tapılmasına vasitəçi olacaq” – Səba şirkətindən belə bildiriblər.
Oxşar xəbərlər
“Səba” şirkəti: “Anbarlarımızda istənilən qədər toyuq əti var”
Azərbaycanın ən böyük quş əti istehsalçılarından olan "Səba” şirkəti bildirib ki, mağazaları istədikləri qədər toyuq əti ilə təmin edə bilər. "Əgər hər hansı m...