Səba xaması halaldır?
Heyvan mənşəli qidaların halallığına xüsusi əhəmiyyət verənləri bu sual yəqin ki, çox düşündürür.
Suala dünyanın məşhur halal sertifikasiya qurumlarından olan GİMDES cavab verib. Qurum Səba xamasının halal olduğunu təsdiqləyib. Həm də təkcə xamanın yox. Səba ticarət nişanı ilə buraxılan bütün süd məhsulları – qatıq, ayran, dovğa, süd, bütün növ kəsmiklər, pendir, yağ GİMDES halal sertifikatına layiq görülüb.
1 il müddətinə verilmiş sertifikat indi Səba süd məhsullarını rəqiblərindən fərqləndirən xüsusiyyət olacaq. Səba Azərbaycan bazarında süd məhsulları halal sertifikatına malik yeganə brenddir. Bundan əvvəl Səba bütün süd məhsullarını şüşə qabda buraxan tək Azərbaycan şirkəti sayılırdı.
Dünyanın 40-dan artıq ölkəsində tanınan GİMDES halal sertifikatı Səba-nın daha iki məhsuluna – üzlü və üzsüz quru südə də halal sertifikatı verib. Bu isə Səba-nın ixracyönümlü məhsuluna islam ölkələrinin qapılarını açır.
Qeyd edək ki, Səba şirkətinin istehsal etdiyi quş əti də həm GİMDES, həm də dövlət halal standartına uyğun görülüb.
BAKU.WS
Oxşar xəbərlər
Səba Made in Azerbaijan möhürü ilə ixraca məhsul çıxardı (VİDEO)
Səba Rusiyaya növbəti partiya quru süd məhsulunu ixrac edib. Şirkətin Biləsuvar Aqro MMC müəssisəsinin istehsalı olan məhsul bu dəfə"Made in Azerbaijan” brendi...